vi-umumdunya-medeniyyetlerarasi-dialoq-forumunun-istirakcilarinin-agdama-seferi-baslayib-yenilenib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının Ağdama səfəri başlayıb - YENİLƏNİB

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının Ağdama səfəri başlayıb.

Yerli və beynəlxalq nümayəndələr Forum çərçivəsində Ağdam Konfrans Mərkəzində keçirilən “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyaya qatılıblar.

Sessiyadan sonra iştirakçıların Ağdam Cümə məscidi, Çörək muzeyi, İmarət Kompleksi, Dram teatrı və xarabalıqlara ziyarəti gözlənilir.

10:31

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirakçılarıının azad olunan ərazilərə səfəri başlayıb.

Iştirakçılar forum çərçivəsində Ağdamda keçiriləcək “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyaya qatılacaqlar.

Sessiyada Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xarici İşlər Nazirliyinin (XİN) İdarə rəisi Qaya Məmmədov məruzə ilə çıxış edəcəklər.

Həmçinin BMT-nin İnkişaf Proqramının mütəxəssisi Qadim Tariq, UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar, Mədəniyyət sektorunun direktoru Krista Pikkat və digər qonaqların məruzələri dinləniləcək.

Report