vaxtindan-evvel-olum-riskini-artiran-erzaq-aciqlanib

Vaxtından əvvəl ölüm riskini artıran ərzaq açıqlanıb

Yağlı balıqdan həddən çox istifadə vaxtından tez ölümü 50% artırır.

İnsider.az “MedicalXpress”-ə istinadla xəbər verir ki, bu cür nəticəyə İsveçli alimlər gəlib.

Tədqiqatçılar on il ərzində yetmiş yaşlı insanların qidalanmasını müşahidə ediblər. Məlum olub ki, digər risk qrupu nümayəndələrindənsə, ən yüksək polixlorlanmış bifenili (PXB) olan könüllülər 50% daha tez-tez ölüblər.

PBX əsasən yağlı balıqda (qızılbalıq və salakada), həmçinin ət və süd məhsullarında var.

Bununla belə, araşdırma nəticələri ürək-damar xəstəliklərilə bağlı olan faktorlardan asılı olmayıb.

Samirə Məmmədova