valyuta-herraci-kecirildi-neticesi

Valyuta hərracı keçirildi - NƏTİCƏSİ

27 İyul 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 68,2 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 22 İyul 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 72,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 52 valyuta hərracında banklara 3 milyard 179,92 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.