uaz-istehsali-5-gunluk-dayandirir

UAZ istehsalı 5 günlük dayandırır

Rusiyanın avtomobil istehsalçısı UAZ bu gündən avqustun 1-nə qədər korporativ yay tətilinə gedir.

İnsider.az xarici mətbuata istinadən xəbər verir ki, bu dövr ərzində minik avtomobillərinin istehsalı dayandırılacaq.

Tətil bitəndən sonra istehsal adi qaydada beş günük iş rejimində bərpa ediləcək.

Bu ilin ilk yarısında şirkət 20,5 min, o cümlədən 8 373 ədəd “Patriot” modelindən olan avtomobil istehsal edib. Onun Rusiya bazarındakı payı 1,5 % təşkil edir.

“Report”