trampin-facebook-da-kime-pul-xerclediyi-melum-oldu

Trampın “Facebook”-da kimə pul xərclədiyi məlum oldu

Axios” internet-resursu ABŞ prezidenti Donald Trampın “Facebook” şəbəkəsində reklam kampaniyası üzrə məlumatlara giriş əldə edib.

İnsider.az-ın xəbərinə görə, məlum olub ki, “Facebook”-da seçkiqabağı reklam kampaniyası zamanı büdcənin demək olar yarsı (44%) yaşlı seçicilərə sərf edilir. Əsasən bu, yaşı 65-dən yuxarı olan amerikalılardır. Eyni zamanda demokrat-namizədlər bu hədəf auditoriyasına öz reklam büdcələrindən cəmi 27% xərcləyir.

“Facebook” sosial şəbəkəsinin arxivindən olan məlumat göstərir ki, reklam elanlarının əksəriyyəti yaşlı insanlara hədəflənib, mövzu isə miqrasiya probleminə bağlanıb.

Samirə Məmmədova