tramp-fed-i-tenqid-edib-teklif-verdi

Tramp Fed-i tənqid edib təklif verdi

Tramp: Fed aşağı inflyasiyaya baxmayaraq faiz artırdı

İnsider.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, "Twitter" hesabından etdiyi paylaşmalarda "Fed aşağı inflyasiyaya baxmayaraq faiz artırdı" açıqlamasını edib.

Tramp, "Çin, öz iqtisadiyyatına böyük təşviqlər əlavə edərkən, eyni zamanda faiz nisbətlərini də aşağı saxlamaqda davam edir. Fed isə inflyasiya çox aşağı səviyyədə olmasına baxmayaraq faiz artırdı və şərtləri sərtləşdirməyə başladı" ifadəsini istifadə edib.

Tramp, Fed-in 1 bənd faiz endirməsini və qiymətli kağız alışlarına davam etməsini təklif edib.

©Marja