silahli-quvvelerin-yardim-fonduna-daxil-olan-vesait-aciqlandi

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlandı

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb. 

İnsider.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, cari il mayın 1-dək fonda 99.064.301,66 AZN, 213.577,88 ABŞ dolları, 16.336,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.