sevgilisi-terefinden-yandirilan-qadin-olub

Sevgilisi tərəfindən yandırılan qadın ölüb

Ağır yanıq xəsarətləri alan qadın ölüb.

Aprelin 18-də qeyri-rəsmi münasibətdə olduğu 2002-ci il təvəllüdlü Röyal Tağıyev tərəfindən üzərinə benzin tökülərək yandırılan 1990-cı il təvəllüdlü, Şəmkir rayon sakini Türkanə Məmmədova müalicə aldığı xəstəxanada həyatını itirib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.