sefa-mirzeyev-azerbaycanin-ietpa-da-numayende-heyeti-formalasdirilacaq

Səfa Mirzəyev: Azərbaycanın İƏTPA-da nümayəndə heyəti formalaşdırılacaq

“İlk dəfə olaraq Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (İƏTPA) nümayəndə heyəti formalaşdırılacaq”.

Bunu  açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, nümayəndə heyətinin tərkibi yaxın vaxtlarda məlum olacaq.

Qeyd edək ki, Milli Məclisin aprelin 27-də keçirilən iclasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsi təsdiq edilib.

Report