sabah-ramazan-ayi-baslayir

Sabah Ramazan ayı başlayır

Sabah Azərbaycanda Ramazan ayı başlayır.

İnsider.az xəbər verir ki, Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. 

Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.

Ramazan ayı iyunun 5-də başa çatacaq. Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 5, 6-sı Azərbaycanda Ramazan bayramı qeyd ediləcək və iki gün tətil olacaq.