s-p-avrozona-iqtisadiyyati-uzre-proqnozunu-azaldib

"S&P" Avrozona iqtisadiyyatı üzrə proqnozunu azaldıb

"S&P Global Ratings" qlobal reytinq agentliyi 2022-ci il üçün Avrozona iqtisadiyyatı üzrə artım proqnozunu COVID-19 pandemiyasının yeni dalğaları fonunda cüzi – 0,1 faiz bəndi azaldaraq 4,4%-ə enidirib.

Agentliyin yaydığı məlumata görə, builki proqnoz dəyişilməz qalıb – 5,1%.

"S&P"nin baş iqtisadçısı Marion Amiot qeyd edib ki, Avropada və başqa regionlarda pandemiya ilə bağlı vəziyyət yenidən qeyri-stabil olub, agentlik vəziyyəti yaxşılaşan görmür və yeni vəziyyəti özünün makroiqtisadi baza proqnozları üçün artan əsas risk kimi dəyərləndirir.

"S&P"nin proqnozlarına görə, tələb və təklif arasında olan fərqin azalması və vergi güzəştlərinin aradan qaldırılması fonunda gələn il Avrozonada inflyasiya 2%-dək yavaşlayacaq. Bundan əlavə, agentliyin ekspertlərinin fikrincə, Avropa Mərkəzi Bankı faiz dərəcələrini 2024-cü ilin sonuna qədər qaldırmayacaq.

Xatırladaq ki, cari ilin III rübündə Avrozona iqtisadiyyatı illik ifadədə 3,7%, rüblük müqayisədə isə 2,2% böyüyüb. Noyabrda illik inflyasiya oktyabrdakı 4,1%-dən 4,9%-dək sürətlənib.

APA