qizil-bahalasib

Qızıl bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,05% - 26 143,05 bəndədək azalıb, "S&P 500" indeksi 2 888,32 bənd olaraq qalıb, NASDAQ isə 0,21% - 7 947,36 bəndədək azalıb.

İnsider.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,05% - 7 417,95 bəndədək azalıb, Almaniya DAX-ı 0,25% - 11 935,20 bəndədək, Fransa CAC-40-ı isə 0,66% - 5 485,72 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,60 dollar artaraq 1 295,70 dollara, gümüşün unsiyasının qiyməti isə 0,06 dollar artaraq 14,93 dollara satılıb.

©Finans.az