qizil-5-dollara-yaxin-ucuzlasib

Qızıl 5 dollara yaxın ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,15% - 26 592,91 bəndədək, "S&P 500" 0,10% - 2 945,83 bəndədək artıb, NASDAQ isə 0,81% - 8 095,39 bəndədək azalıb.

İnsider.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,30% - 7 418,22 bəndədək azalıb, Almaniya DAX-ı 0,13% - 12 344,08 bəndədək, Fransa CAC-40-ı isə 0,10% - 5 586,41 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,50 dollar ucuzlaşaraq 1 281,20 dollara, gümüşün unsiyasının qiyməti isə 0,05 dollar azalaraq 14,93 dollara satılıb.