problemli-kreditler-azalib

Problemli kreditlər azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il aprelin 1-nə 1 558 milyon manat təşkil edib.

İnsider.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, bu, fevralın 1-i ilə müqayisədə 1,1%, yanvarın 1-nə nisbətən 1,7%, ötən il aprelin 1-i ilə müqayisədə isə 8,9% azdır.

Martın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 11,9% təşkil edib. Bu nisbət fevralın sonuna 12,1%, ötən ilin sonuna 12,2%, ötən ilin martın sonuna isə 14,7% olub.