paytaxtda-bir-ilde-0-7-inflyasiya-qeyde-alinib

Paytaxtda bir ildə 0,7% inflyasiya qeydə alınıb

Bu ilin yanvar-mart aylarında Bakı şəhərində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7%bahalaşıb.

İnsider.az xəbər verir ki, Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, bu dövr ərzində paytaxtda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2% bahalaşıb.

Bu müddət ərzində əhaliyə göstərilən xidmətlərin qiymətləri isə 0,4% bahalaşıb.

©Report