novostroyka-daki-evlere-ferqli-ipoteka-sertleri

"Novostroyka"-dakı evlərə fərqli - İPOTEKA ŞƏRTLƏRİ

Azərbaycan bankları ipoteka kreditlərinin verilməsi prosesində yeni tikililərə fərqli şərtlər təklif etməyə başlayıblar.

İnsider.az xəbər verir ki, banklardan verilən məluata görə, yeni tikililərin alınması üçün ipoteka krediti götürülərkən ilkin ödəniş daha az tələb olunur. Belə ki, "Rabitəbank"dan verilən məlumata görə, 1970-ci ildən sonra inşa edilmiş istənilən mənzilin alınması üçün ipoteka krediti götürmək olar. Bununla yanaşı, yeni tikililər üçün ilkin ödəniş 20-25%, köhnə tikililərdə isə 30% təşkil edir.

"Bank BTB"də isə ilkin ödəniş köhnə binalar üçün 30 faiz, 2013-cü ildən sonra tikilən binalardakı mənzillər üçün isə 15 -20 faiz arasında dəyişir.

Qeyd edək ki, ilkin ödənişlərdəki fərqin səbəbi İpoteka Fondunun vəsaitləri hesabına kreitlərin verilməsin qaydalarına ötən ilin mayında edilən dəyişikliklərdir. Həmin dəyişikliyə əsasən, 2013-cü ildən sonra inşa edilmiş çoxmənzilli yaşayış binalarındakı mənzilər üçün ilkin ödəniş 15%-dən (güzəştl kreditlərdə isə 10%-dən) başlayır. Digər mənzilərdə isə (yəni 1970-2013-cü ildə inşa edilənlər)  ilkin ödəniş 30 faiz ətrafındadır.

Qeyd edək ki, ipoteka kreditləşməsinə başlındığı 2006-cı ildən indiyədək Azərbaycanda 26 322 ipoteka krediti verilib. Verilmiş kreditlərin ümumi məbləği 1 milyard 290 milyon 293,9 min manatdır.