neft-ucuzlasib

Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,15 dollar və ya 0,24% azalaraq 61,66 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,31 dollar və ya 0,44% azalaraq 70,44 dollar təşkil edib.