mitsubishi-efsanevi-pajero-yla-vidalasdi

"Mitsubishi" əfsanəvi “Pajero”yla vidalaşdı

Yaponiyanın avtomobil istehsalçısı “Mitsubishi Motors” şirkəti “Pajero" modelinin daxili bazarda satışlarına son qoyur.

İnsider.az xəbər verir ki, istehsalçı modellə 700 ədəd olmaqla məhdud sayda buraxılan “Final Edition” versiya ilə vidalaşıb. Avtomobillər geniş standard təchizat alacaq, hər alıcıya isə şirkətin loqotipi olan “Citizen” saatları hədiyyə ediləcək.

“Pajero Final Edition” 190 at gücündə olan 3,2 litrlik turbodizel ilə təchiz olunacaq. Onun qiyməti 40,5 min ABŞ dolları olacaq.

©Finans.az