merkezi-bank-oten-ay-valyuta-ehtiyatlarini-cuzi-artirib

Mərkəzi Bank ötən ay valyuta ehtiyatlarını cüzi artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il mayın 1-nə 5 789 milyon ABŞ dolları təşkil edib.

İnsider.az AMB-yə istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 10,4 milyon dollar və yaxud 0,2% çoxdur.

Qurumun valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 163,3 milyon dollar və yaxud 2,9%, son 1 ildə isə 323,2 milyon dollar və yaxud 5,9% artıb. 

©“Report”