martda-pomidor-ixraci-azalib

Martda pomidor ixracı azalıb

2019-cu ilin 1-ci rübü ərzində Azərbaycandan 25,5 milyon dollarlıq pomidor ixrac olunub.

İnsider.az xəbər verir ki, “İxrac İcmalı”nın 2019-ci ilin aprel ayı sayından verilən məlumata görə, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon dollar çox olub. 2018-ci ilin 1ci rübü ərzində Azərbaycandan 24 milyon dollarlıq pomidor ixrac olunmuşdu.

Cari ilin Mart ayında 7,6 milyon dollarlıq pomidor ixrac olunub. Ötən ilin Martında pomidor ixracı 9,3 milyon dollar təşkil etmişdi.