issizlikden-sigorta-odenisi-alan-530-nefere-hesablanmis-orta-ayliq-mebleg-256-4-manat-olub

İşsizlikdən sığorta ödənişi alan 530 nəfərə hesablanmış orta aylıq məbləğ 256,4 manat olub

Aprelin 1-nə işsizlikdən sığorta ödənişi alan 530 nəfərə hesablanmış orta aylıq məbləği 256,4 manat olub.

İnsider.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, Bakı şəhəri üzrə işsiz şəxslərdən 7 min 154 nəfərini qadınlar təşkil edib.

İşçi qüvvəsinə olan tələbat martın sonuna şəhər üzrə cəmi 2 min 526 nəfər təşkil edir ki, onlardan 1311 nəfəri fəhlələrdir.

© Azertag.az