holcim-azersun-holdinq-in-sirketini-mehkemeye-verib

"Holcim" "Azərsun Holdinq"in şirkətini məhkəməyə verib

"Holcim (Azərbaycan)" ASC "Xəyal Adası" MMC-ni məhkəməyə verib.

İnsider.az-ın məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC 14 166 manat borc pulun silinməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı baxılmamış saxlayıb.

Qeyd edək ki, "Xəyal Adası" "Azərsun Holdinq" Şirkətlər Qrupunun layihəsidir. 

©“Report”