hitlerin-argentinaya-qacmasi-barede-ifadeler-derc-edilib

Hitlerin Argentinaya qaçması barədə ifadələr dərc edilib

ABŞ-ın Federal Tədqiqat Bürosu Adolf Hitlerin Argentinaya qaçması barədə ifadələrin olduğu daha öncə məxfiləşdirilmiş sənədləri dərc edib.

İnsider.az-ın sənədlərə əsasən verdiyi məlumata əsasən, adı çəkilməyən şəxs bildirib ki, altı nəfər argentinalı yüksək vəzifəli məmura Hitleri gizlətməyə kömək edib. Bununla yanaşı, sənədlərdə deyilir ki, ondan alınan məlumatı “verifikasiya etmək mümkün deyil”.

Bu şəxs bildirib ki, o, daha üç nəfərlə birlikdə “Berlinin süqutundan təxminən iki həftə yarım sonra” Hitler və onun yaxın adamları Argentinaya sualtı qayıqda gəldiyi vaxt onları qarşılayıb. Argentinalı məmurların planına əsasən, onlar Cənubi And dağlarının ətəyindəki Hitlerin gizlənəcəyi rançoya doğru gediblər.

Şəxsin sözlərinə görə, Hitler astma və xoradan əziyyət çəkirdi. Argentinaya gəlişinə az qalmış, o, öz bığlarını qırxmışdı.

Qeyd edək ki, şahidlərin ifadələrinə əsaslanan rəsmi versiyaya görə, Hitler Berlindəki bunkerdə özünü öldürüb.

Samirə Məmmədova