Gürcüstan hökuməti beynəlxalq turizmin bərpası ilə bağlı qərarına yenidən baxacaq.
Yaxın zamanlarda müvafiq qərar ictimaiyyətə açıqlanacaq.
Gürcüstan tərəfdaş ölkələr, İsrail və Avropa İttifaqının müxtəlif üzvləri ilə turizmin bərpası üzrə uğurlu danışıqlar aparıb. Lakin həmin ölkələr epidemioloji vəziyyətə görə sərhədlərini turistlər üçün açmağı təxirə salıblar.
Gürcüstan hökuməti dünya ölkələrində koronavirusla bağlı cari tendensiyaları izləyəcək və ölkə sərhədlərinin əcnəbi ziyarətçilər üçün açılması barədə müvafiq qərar qəbul edəcək.
Qeyd edək ki, rəsmi Tbilisi iyulun 1-dən xarici turistləri qəbul edəcəyini açıqlayıb.
Report