emanetler-milli-valyutada-azalib-xarici-valyutada-artib

Əmanətlər milli valyutada azalıb, xarici valyutada artıb

2019-cu ilin Fevral ayı ilə müqayisədə Mart ayında banklarda fiziki şəxslərin (əhalinin) əmanətləri 125,1 milyon manat artıb.

İnsider.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 31 Mart 2019-cu il tarixində fiziki şəxslərin əmanətləri 8 milyard 339,1 milyon manat təşkil edib. Bu, 28 Fevral 2019-cu il tarixi ilə müqayisədə 125,1 milyon manat çoxdur.

Fiziki şəxslərin əmanətləri ötən ilin sonu ilə müqayisədə Yanvarda 299,5 milyon manat azalmış, Yanvar ayı ilə müqayisədə Fevralda isə 138,1 milyon manat artmışdı. İlk 3 ayda fiziki şəxslərin əmanətləri 36,3 milyon manat azalıb.

Mart ayının sonunda fiziki şəxslərin 8 milyard 339,1 milyon manat cəmi əmanətlərinin 3 milyard 297,4 milyon manatı və ya 39,54%-i milli valyutada, 5 milyard 41,7 milyon manatı və ya 60,46%-i xarici valyutada olub.

Fevral ayının sonunda fiziki şəxslərin 8 milyard 214 milyon manat əmanətinin 3 milyard 331,5 milyon manatı və ya 40,6%-i milli valyutada, 4 milyard 882,5 milyon manatı və ya 59,4%-i xarici valyutada idi.

Martda milli valyutadakı əmanətlər 34 milyon manat azalıb, xarici valyutadakı əmanətlər isə 159,2 milyon manat artıb.

© Marja.az