ekspertler-rusiyani-dunyanin-en-iri-qizil-alicisi-adlandirir

Ekspertlər Rusiyanı dünyanın ən iri qızıl alıcısı adlandırır

Aprelin əvvəlinə Rusiyanın qızıl valyuta ehtiyyatının həcmi 487,8 milyard dollar civarında dəyərləndirilirdi. Bu, 2014-cü ildən bəri rekord göstərici olub. Bir ay sonra Ümumdünya Qızıl Şurası Rusiyanı bu qiymətli metal üzrə dünyanın ən iri möhtəkiri adlandırıb.

İnsider.az bu barədə “Bloomberg”-ə istinadla xəbər verir.

Ümumdünya Qızıl Şurası (World Gold Council, WGC) hesablayıb: 2019-cu ilin ilk rübündə dünya mərkəzi bankları qızıl satınalması üzrə son altı ilin rekordunu vurublar. Onlar ümumilikdə ötən ildən 68% çox olan 145,5 ton qiymətli metal alıblar. Agentliyin sözlərinə görə, ən iri alıcı olan Rusiya “dedollarizasiya prossesi çərçivəsində” Amerika dövlət səhmlərini satır. Lakin “Bloomberg” Rusiya tənzimləyicisinin məhz nə qədər qızıl aldığını dəqiq söyləmir.

Bu metalın daha bir iri alıcısı Çinin Xalq bankı oldu. Agentlik izah edir ki, o da öz aktivlərini diversifikasiya etməyə və Amerikan dollarından imtina etməyə cəhd göstərir.

Bundan başqa, 2019-cu ilin ilk rübündə son beş il ərzində öz qızıl valyuta rezervlərini Ekvador artırıb. Ekvadordan başqa, qızılın fəal alıcıları arasında Qazaxstan, Türkiyə, Qətər və Kolumbiya da var.

Qiymətli metal alıcıları arasında əsasən öz dollar asılılığını azaltmağa can atan ölkələrdir. Bir qayda olaraq, bu, qızıl ehtiyyatlarının Qərb-Avropa ölkələrinkindən daha az olduğu dövlətlərdir.

Bu arada bu dövr üzrə zinət əşyalarına olan tələbat 530,3 ton artıb. Texnologiyada istifadə edilən qızıl həcmi iki illik minimuma qədər (79,3 tona kimi) endi. Bunun iqtisadi artımın ləngiməsinə görə baş verdiyi qeyd edilir.

Xatırladaq ki, ötən ilin aprelində ABŞ Rusiya biznesmenləri, dövlət və özəl şirkətlərinin rəhbərlərinə qarşı 2014-cü ildən bəri ən sərt sanksiyaları tətbiq etdi. Rusiya Mərkəzi Bankı bundan sonra öz rezervlərini Amerikan dövlət kağızlarından çıxarıb avro, yuan və yena ilə olan aktivlərə köçürdü.

Qeyd edək ki, Ümumdünya Qızıl Şurası (World Gold Council, WGC) qızıl asilatı ilə məşğu olan şirkətlərin 1987-ci ildə qurduqları təşkilatdır. Təşkilat öz hədəflərindən birinin qızıla olan tələbatın stimullaşdırılması və saxlanmasını qeyd edir.

Samirə Məmmədova