cnn-sri-lankali-terrorculari-iri-edviyyat-ixracatcisinin-ogullari-adlandirdi

“CNN” Şri-Lankalı terrorçuları iri ədviyyat ixracatçısının oğulları adlandırdı

Şri-Lankaya hücumlar törədənlər terrorçulardan ikisi iri ədviyyat ixracatçılardan birinin oğulları imiş. Söhbət Kolomboda əsaslanan “Ishana Exports” şirkətinin təsisçisi barədə gedir. İnsider.az bu haqda “CNN”-ə istinadla xəbər verir.

Terrorçular arasında iki qardaş var idi – İmsat Əhməd İbrahim və İlham Əhməd İbrahim. Bunu “CNN” istintaqın gedişatı ilə tanış olan iki mənbəyə istinadla bildirir. Onların atası Məhəmməd İbrahim özünü saytlarında “2006-cı ildən bəri Şri-Lankadan olan ən iri ədviyyat ixracatçısı” adlandıran “Ishana Exports” şirkətinin təsisçisidir.

Telekanalın həmsöhbətçilərinin verdiyi məlumata görə, Məhəmməd İbrahim hücumlardan sonra onlarla saxlananların arasında idi. 

Bildirilir ki, qardaşlar təxminən 30 yaşlarındadır. Onların şəxsiyyətləri ilk dəfə Hindistanın kəşfiyyat mənbələrinə istinadla hind xəbər nəşriyyatı olan “Firstpost” tərəfindən açıqlanıb. Qonşuların və Kolombonun müsəlman icmasının sözlərinə görə, İbrahimlər ölkənin işgüzar və siyasi elitası ilə bağlantısı olan paytaxtın ən varlı müsəlman ailələrindəndir. 

“CNN” şərh üçün Məhəmməd İbrahim və ya onun digər ailə üzvlərilə bağlantı yarada bilməyib.

Telekanal həmçinin çərşənbə günü mətbuat konfransı zamanı Şri-Lankanın müdafiə naziri Ruvan Viyevardenenin sözlərini sitat gətirir. Xüsusilə, o, bəyan etmişdi ki, partlayışlarla əlaqəsi olan şəxslər yaxşı təhsilli, imkanlı ailələrdən və maliyyə cəhətdən müstəqil idilər. O, bunu həyəcan oyadan faktor adlandırmışdı.

Qeyd edək ki, son məlumatlara görə, Şri-Lankada ötən bazar günündəki partlayışlar nəticəsində 359 nəfər həlak olub, daha 500 nəfəri yaralanıb.

Samirə Məmmədova