cinde-linkedin-in-fealiyyeti-dayandirilir

Çində “Linkedin”in fəaliyyəti dayandırılır

Müxtəlif ixtisas sahibləri tərəfində peşəkar fəaliyyət məqsədilə istifadə edilən “Linkedin” sosial şəbəkəsi Çində fəaliyyyətini dayandıracaq.

Bu barədə şəbəkənin sahibi olan “Microsoft” şirkəti yazılı açıqlama yayıb.

Açıqlamada müvafiq qərarın səbəbi kimi ölkədə işgüzar şəraitin çətinləşməsi və şərtlərin sərtləşdirilməsi göstərilib.

Həmçinin, xüsusi olaraq Çin üçün hazırlanmış “InJobs” şəbəkəsinin “Linkedin”i əvəzləyəcəyi, dəyişikliyin ilin sonunda gerçəkləşəcəyi bildirilib.

Qeyd edək ki, 2010-cu ildən etibarən “Google” şirkəti də Çində öz axtarış servisinin fəaliyyətini dayandırıb.

Mənbə: TRT