bu-sexslere-50-menzil-verildi

Bu şəxslərə 50 mənzil verildi

Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibəəlillərinə, gözdən əlilliyi olan şəxslərə 50 mənzil təqdim edilib.

Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və millət vəkili Şahin Seyidzadə iştirak ediblər.

Qeyd olunub ki, ötən dövrdə 11 min şəhid ailəsi və müharibəəlili mənzil və fərdi evlə təmin edilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsi nəzərdə tutulub. Onlardan 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam etdirilir. Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il şəhid ailələri və müharibəəlillərinə artıq 1800 mənzil verilib.

Eyni zamanda Vətən Müharibəsi Qəhrəmanları və ya onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri aparılır.