bu-gun-merkezi-bank-qerarini-aciqlayacaq

Bu gün Mərkəzi Bank qərarını açıqlayacaq

Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il aprel ayının 30-da (bugün) ictimaiyyətə açıqlanacaqdır.

Bir əvvəlki yığıncaqda - 19 Mart 2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdi. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdı. Qərar inflyasiyanın dəyişimi üzrə son meyillər, xərc və tələb amillərinin qısa və ortamüddətli dövrdə qiymətlərə mümkün təsirləri nəzərə alınmaqla qəbul edilmişdi.

Mərkəzi Bankın İdarə Heyəti 29 Yanvar 2021-ci il tarixində keçirilmiş iclasında da uçot dərəcəsinin 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmiş, faiz dəhlizinin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdı.

Neftin qiymətinin yüksəlməsi, xarici balansın yaxşılaşması, məzənnə sabitliyi inflyasiya üçün stabilləşdirici amillər olsa da, iqtisadi artımın bərpası, büdcə xərcləri və dünya ərzaq qiymətlərinin yüksəlməsi inflyasiyanı yüksəldə bilər. Eyni zamanda, qarşıda mövsümi amillərin inflyasiyaya azaldıcı təsir edəcəyi də gözlənilir. Tən yığıncaqdan ötən müddətdə şərtlər çox dəyişmədiyindən, inflyasiya üzrə risk amilləri arasında əhəmiyyətli bir dəyişikliyin baş vermədiyi üçün Mərkəzi Bank bu yığıncağında da gözələmə mövqeyində qala bilər.

Marja