bakida-vii-milli-marketinq-forumu-kecirilecek

Bakıda VII Milli Marketinq Forumu keçiriləcək

May ayının 24-25 tarixlərində Hünər liseyində VII Milli Marketinq Forumu keçiriləcək. Forumun məqsədi ölkənin marketinq sahəsinin inkişafına dəstək olmaq, trendləri araşdırmaq və praktiki problemlərin həllini tapmaqdır.

İnsider.az xəbər verir ki, Milli Marketinq Forumu Marketinq Azərbaycan qrupu, Marketing AİR, facemark.az və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan FMR TV komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə səyi nəticəsində illik olaraq keçirilir.

Əsrin müqaviləsinin 25 illiyinə həsr olunan forumda əsas deviz "Optimal həllər" seçilmişdir. Forumda Milli Keyslər, Rəqəmsal marketinq, Marketinq Kommunikasiyaları, İstehlakçı davranışı, Bloqçuluq və Trendlər kimi panellər olacaq. Bütün panellər üzrə biznes sahibləri və mütəxəssislər biznesdə optimal həllərdən danışacaqlar.

Forumun biletləri artıq satışdadır. Biletləri Forumun saytında, Facebook səhifəsində onlayn sifariş göndərməklə əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur. Biletin qiyməti: 50 AZN-dir.

Daha ətraflı məlumatı millimarketinqforumu.com, facebook.com/millimarketinqforumu keçidlərndən istifadə edərək və ya (+994) 51 295 46 77 nömrəli telefona zəng edərək əldə edə bilərsiniz.