bakida-agacliq-erazide-yangin-olub-yenilenib

Bakıda ağaclıq ərazidə yanğın olub - YENİLƏNİB

Bakı şəhərinin Səbail rayonunda ağaclıq ərazidə baş vermiş yanğın söndürülüb.

Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində söndürülüb.

Əlavə məlumat veriləcək.

15:35

Bakı şəhərinin Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxu.Az