bakida-206-minlik-deleduzluq-eden-sirket-direktoru-ile-bagli-qerar

Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən K.Salahovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, şirkətlərdən birinin direktoru olan K.Salahov öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib.

Belə ki, o, 10 vətəndaşın evini inşa edib tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalandan vəd verib. Təqsirləndirilən bu adla paytaxt ərazisində həmin şəxslərin ümumilikdə 206 329 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə K.Salahov 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Pravda.az