azercell-in-yenilenmis-gencol-tarif-paketi-ile-artiq-unsiyyet-sizin-ucun-daha-da-elcatandir

Azercell-in yenilənmiş "GəncOl" tarif paketi ilə artıq ünsiyyət sizin üçün daha da əlçatandır!

"Azercell Telekom" MMC abunəçilərinin istifadəsinə yeni "GəncOl2", "GəncOl6" və "GəncOl9" tarif paketlərini təqdim edir.

Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC danışıq və internet istifadəsini daha da əlçatan edən yenilənmiş "GəncOl" tarif paketini abunəçilərinin istifadəsinə təqdim edir. Artıq "Azercell"-in "Sim-Sim" abunəçiləri yeni həftəlik "GəncOl2" və aylıq "GəncOl6/GəncOl9" tarif paketlərinin üstünlüklərindən faydalanma fürsətini əldə edirlər.

Beləliklə, abunəçilər "GəncOl2" tarif paketi çərçivəsində həftədə cəmi 2 AZN ödəməklə 750MB internet və "GəncOl" abunəçiləri arasında danışıq üçün 75 dəqiqə, "GəncOl6" tarif paketi çərçivəsində ayda 6 AZN ödəməklə 3GB həcmində internet paket və "GəncOl" abunəçiləri arasında danışıq üçün 300 dəqiqə, "GəncOl9" tarif paketi çərçivəsində isə ayda 9 AZN-a 6 GB həcmində internet paket və "GəncOl" abunəçiləri arasında danışıq üçün 600 dəqiqədən yararlana bilərlər.

Əlavə olaraq, "GəncOl2" və "GəncOl6" tariflərinin istifadəçiləri "Whatsapp", "GəncOl9" abunəçiləri isə "Whatsapp", "Facebook Messenger", "Telegram", "Viber" və hətta "Twitter" mobil tədbiqləri vasitəsilə ödənişsiz mətn mesajları göndərmək imkanına malikdirlər.

"GəncOl2", "GəncOl6" və ya "GəncOl9" tarif paketlərini aktivləşdirmək üçün müvafiq olaraq G2, G6 və ya G9 açar sözlərini 7575 qısa nömrəsinə göndərmək kifayətdir.

"Azercell"-in yenilənmiş "GəncOl" tarif paketi ilə sevdiklərinizlə ünsiyyət artıq sizin üçün daha da əlçatandır!

Azercell-dən yeni "GəncOl" tarifi ilə xərclərinizə qənaət edərək daha çox ünsiyyət qurmaq və online qalmaq fürsətini əldən verməyin!

Əlavə məlumat üçün http://gencol.az/ səhifəsinə daxil olun.