azerbaycanda-koronavirus-ile-bagli-son-veziyyet-aciqlandi

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 341 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 259 nəfər müalicə olunaraq sağalıb, 5 011 nəfər vəfat edib, aktiv xəstə sayı 3 913 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 992 592, ötən müddət ərzində isə ümumilikdə 11 895 test aparılıb.

26 İyul 2021-ci il tarixində 272 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68020 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35801 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4632349, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2686492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1945857 təşkil edir.