azerbaycan-merkezi-bankinin-notlarinin-gelirliliyi-keskin-azalib

Azərbaycan Mərkəzi Bankının notlarının gəlirliliyi kəskin azalıb

Azərbaycan Mərkəzi Bankının bu günə dövriyyədə 852,43 milyon manatlıq notu var.

İnsider.az xəbər verir ki, qurumdan verilən məlumata görə, bu, aprelin 25-i ilə müqayisədə 21,94 milyon manat və yaxud 2,51% azdır.

Son 1 həftə ərzində AMB-nin notlarının illik gəlirliliyi isə 2,15 faiz bəndi azalaraq 6,76%-ə düşüb.

Xatırladaq ki, tənzimləyici qurumun İdarə Heyətinin qərarı ilə bu həftədən Azərbaycanda faiz dəhlizinin parametrləri 0,25 faiz bəndi azalıb.

©Report