azerbaycan-bmt-nin-cenevredeki-bolmesine-yeni-daimi-numayende-teyin-edib

Azərbaycan BMT-nin Cenevrədəki bölməsinə yeni daimi nümayəndə təyin edib

Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

İnsider.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

“Report.az”