azerbaycan-banklarinin-xarici-ohdelikleri-azalib

Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

Bu il aprelin 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri 1 604,9 milyon manat təşkil edib.

İnsider.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 63,9 milyon manat və yaxud 3,8% azdır.

Bankların xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 308,2 milyon manat və yaxud 16,1%, son 1 ildə isə 287,4 milyon və yaxud 15,2% azalıb.

© Report.az