avstraliyali-versa-emekdaslari-ucun-cersenbeleri-istirahet-gunu-etdi

Avstraliyalı “Versa” əməkdaşları üçün çərşənbələri istirahət günü etdi

“BBC” avstraliyalı “Versa” maketinq agentliyinin dörd günlük iş həftəsinə keçən təcrübəsi barədə danışıb. Onlar həftədə dörd gün işləyir, lakin beş günlük iş həftəsində olduğu kimi maaşlarını alırlar.

İnsider.azBBC”-yə istinadla xəbər verir ki, şirkət əməkdaşları bir il olar şənbə, bazar və çərşənbələri istirahət edir.

“Versa”-nın əməkdaşları çərşənbə günlərinə görüş təyin etmirlər, lakin müştərinin təcili sifarişi varsa, şirkətdə zəngi cavablayırlar. “BBC” ilə danışıq zamanı şirkətin iki top-meneceri Pasxa istirahət günlərində müştərilərin iş layihələri üzərində çalışdıqlarını dedilər.

“Versa” 2018-ci ilin iyul ayında dörd günlük iş həftəsinə keçib. O vaxtdan bəri şirkətin mənfəəti 46% artıb, işçilər isə daha nadir hallarda bülleten götürməyə başlayıblar. Layihənin təsisçisi Ket Blekhem dəqiqləşdirir ki, mənfəət qrafikə görə yox, şirkətin yaxşı işlədiyi üçün artır.

Blekhemin sözlərinə görə, o, dörd günlük iş həftəsinin hətta hamının vaxtından artıq çalışmağa öyrəşdiyi xidmət industriyasında işləyəcəyini sübut etməyə ümidlənirdi.

Blekhem şənbə və bazara ard-arda daha bir istirahət günü əlavə etmədi, çünki bu cür uzun istirahətdən sonra işçilərin əlavə istirahət etmək istəyəcəyindən ehtiyat etdi. Əməkdaşların özləri istirahət günü seçdikləri vaxt “Versa”-nın müştəriləri şirkətin iş qrafiklərindən çaş-baş qalmışdılar. Ona görə də Blekhem çərşənbəni seçdi.

2018-ci ildə dörd günlük iş həftəsi təcrübəsindən Yeni Zelandiyanın “Perpetual Guardian”-ın rəhbəri danışmışdı. Həm Blekhem, həm Barns “BBC”-yə bildirmişdilər ki, digər rəhbərlər onların ideyasını dəstəkləyirdi, lakin bu cür yanaşmanın onların öz şirkətlərində işləməyəcəyindən əmin idilər.

Samirə Məmmədova