amb-vesaitlerin-celb-edilmesi-uzre-novbeti-herrac-kecirib

AMB vəsaitlərin cəlb edilməsi üzrə növbəti hərrac keçirib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

İnsider.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, mayın 6-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 633,9 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib.