“A-Qrup Sığorta" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. Bu, Məmməd Atakişiyevdir.
O, bu təyinata qədər tibb sahəsində çalışıb və yeni vəzifəsində Abas Miskərlini əvəz edib.
Xatırladaq ki, “A-Qrup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adnayevə məxsusdur.
Report